Azər Həsrətin 40 gündə iki qardaşı vəfat etdi

Əməkdar jurnalist Azər Həsrətə ağır itki üz verib.

Modern.az xəbər verir ki, bu barədə onun dostu, şair Əkbər Qoşalı bildirib:

“Azər bəyin böyük qardaşı Abbasqulu Həsrət dünən vəfat edib. Onun digər qardaşının “40”ı hələ çıxmamışdı… Tanrı hər ikisinə rəhmət eləsin”, – deyə Ə.Qoşalı sosial şəbəkədə yazıb.

Qeyd edək ki, daha əvvəl Azər Həsrətin iki qardaşı da dünyasını dəyişib.

Onun Xeyrulla adlı bir qardaşı 2017-ci ildə, Xələf adlı digər qardaşı isə 2020-ci ildə vəfat edib.

Allah rəhmət eləsin…

Share: