Haalandın yoxluğuna yaxşı hazırlaşacağıq”

“Borussiya”nın (Dortmund) baş məşqçisi Marko Rouz futbolçusu Erling Haalandın gələcəyi barədə danışıb. 

Qol.az xəbər verir ki, mütəxəssis “Sport Bild”ə açıqlamasında 21 yaşlı hücumçunun mümkün keçidi ilə bağlı məsələləri müzakirə etdiklərini deyib:

“Erlinqin mümkün keçidinin bütün təfərrüatları klub daxilində müzakirə olunur. Hamı bir-birinə qarşı dürüstdür. Nə vaxtsa Haaland gələcəyi ilə bağlı qərar verəcək. Klub da onun yoxluğuna yaxşı hazırlaşacaq”.

Qeyd edək ki, “Real” Erlinq Haalandla danışıqlar aparır.

Share: