Azərbaycan Basketbol Liqası: Lider Şəkidə qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub.

Şəki Olimpiya İdman Kompleksində baş tutan matçda “Olimpik Şəki” və NTD komandaları qarşılaşıblar.

Görüşə üstün başlayan çempionatın lideri NTD basketbolçuları yekunda 101-74 hesablı qələbə qazanıblar.

Ev sahiblərinin ən məhsuldar oyunçusu 22 xal, 6 assistlə Lari Robinson, qonaqlarda isə 27 xal, 15 ribaundla Londel Kinq olub.

Mənbə

Share: