Azərbaycan helikopterləri Rusiyada təmir olunacaq

Rusiyanın “Russian Helicopters” SC nümayəndələrinin bu il iyulun 2-5-da Azərbaycana səfəri zamanı “Mİ-8AMT” və “Mi-8MTV-1” tipli iki ədəd helikopterin təmiri haqqında müqavilə imzalanıb.

Report xəbər verir ki, tərəflər Azərbaycanda “SilkWay Helicopter Services” müəssisəsinin bazasında “Mi” tipli helikopterlərin servis mərkəzi yaratmaq istiqamətində addımlar atırlar.

 

Share: