Azərbaycan kubokunda 21-ci

Azərbaycan kubokunda 21-ci

Mayın 19-da Azərbaycan kubokunun 2018/19 mövsümünün son oyunu keçiriləcək.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yarışın final matçında “Qəbələ” və “Sumqayıt” qarşılaşacaq.

Bu, komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcək. İndiyədək yalnız çempionatda qarşılaşan komandalar kubokun 27 illik tarixinə 465-ci cüt kimi düşəcək. Əvvəlki 25 finalda isə 20 fərqli cütlük üz-üzə gəldiyindən “Qəbələ” – “Sumqayıt” 21-ci kimi tarixə düşəcək.

Share: