Azərbaycan millisi qrupda sonuncu oyununu keçirib

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununu keçirib.

 

Moderator.az-ın məlumatına görə, yığma B qrupunun üçüncü matçında Niderland kollektivi ilə üz-üzə gəlib.

 

Daha əvvəl yarımfinal mərhələsinə vəsiqəni təmin edən yığmamız rəqibinə 11:15 hesabı ilə uduzub.

 

Qeyd edək ki, yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

 

Mənbə

Share: