Azərbaycan Qran-prisinin vaxtı müəyyənləşdi

“Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Təqvimdə Azərbaycan Qran-prisinin vaxtı da göstərilib.  Bakıdakı yarışın sentyabrın 6-da keçiriləcəyi vurğulanıb.

Avstriyada 5, 12 iyul, Böyük Britaniyada 26 iyul, 2 avqust, Macarıstanda 16, 23 avqust, Sinqapurda 20 sentyabr, Rusiyada 27 sentyabr, Çində 4 oktyabr, Yaponiyada 11 oktyabr, Meksikada 1 noyabr, Braziliyada 8 noyabr, Vyetnamda 22 noyabr, Bəhreyndə 6 dekabr və Abu-Dabidə 13 dekabr tarixlərində Qran-prilərin olacağı bildirilib.

Qeyd edək ki, “Formula 1″də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Share: