Azərbaycan səfiri İsrialdə işə başladı 

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov artıq fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında məlumat yayıb.

 

O, paylaşımı ilə İsraili salamlayıb: “Şalom, İsrail!”

 

Xatırladaq ki, yanvarın 11-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Mənbə

Share: