Azərbaycan təmsilçisi minifutbol üzrə Çempionlar Liqasına qələbə ilə başlayıb

 

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Birbaşa Bakı” komandası ilk oyununa çıxıb.

Milletinsesi.az xəbər verir ki, rəqib Yunanıstan çempionu “Maqufana” kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda C qrupundakı növbəti matçlarını sabah “Prestij” (Albaniya) və “Volta”ya (Moldova) qarşı keçirəcək.

Mənbə

Share: