Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlandı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidanın arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar.

 

C.Bayramov və H.Fidan həmçinin iqtisadi və enerji sahəsindəki əməkdaşlığı, TANAP layihəsini, yeni geosiyasi reallıqları müzakirə ediblər.

 

“Güclü Türkiyə güclü Azərbaycandır. Güclü Azərbaycan güclü Türkiyədir”, – paylaşımda bildirilib.

 

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir.

Mənbə

Share: