“Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr xalqlarımızın rifahınadır”

“Şuşa Bəyannaməsi qüvvəyə mindikdən sonra ən müxtəlif sahələrdə mövcud olan sıx münasibətlərimiz bir daha sistemləşdirilmiş formada qeyd edilib və həmin münasibətlərin daha da inkişaf etməsinə yeni bir təkan verdi”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müsahibəsində deyib.

“Şuşa Bəyannaməsinin mətninə baxsanız, bütün sahələri əhatə edir: iqtisadiyyat, enerji, kommunikasiya, bütün humanitar sahələr, beynəlxalq münasibətlərlə bağlı koordinasiya, mətbuat sahəsində olan əməkdaşlıq, xüsusilə müdafiə hissəsi var, hərbi sahədə olan əməkdaşlıqlar. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr nəinki iki ölkəmizin mövqeyini gücləndirir, nəinki ölkələrimiz, bu, xalqlarımızın rifahınadır. Düşünürəm ki, bu sənəd həm regional, həm də qlobal layihələr olaraq bütün coğrafiyanın sülh və əmin-amanlığını təmin edir”, – XİN başçısı vurğulayıb.

Mənbə

Share: