Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

 

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Siyana Vasileva video-konfrans formatında idmançılar üçün onlayn vebinar keçirib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, vebinarda FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana da iştirak edib.

Canlı ünsiyyətə dünyanın müxtəlif ölkələrindən 30-u Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü olmaqla, 600-dən çox gimnast qoşulub.

Görüşdə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatının və digər yarışların təşkili, FIG tərəfindən tanınan alətlər, gimnastika geyimləri və aksesuarlar, gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması, anti-dopinq, STS təhsil sistemi kimi müxtəlif mövzularda müzakirələr aparılıb.

Mənbə

Share: