“Möcüzəli kokteyl 78 yaşlı qadını o dünyadan qopara bilib…”

“Kokteyli hazırlayan zaman reseptə ciddi əməl etmək və mütənasibliyə dəqiq riayət etmək lazımdır…”

İki sadə məhsul antibiotiklər kömək etməyən təqaüdçü qadının həyatını xilas edib…

Ciddi travmadan sonra 78 yaşlı Meqqi Ayvz həyatla vidalaşmağa hazır olub, lakin sadə inqridiyentlərdən ibarət qədim müalicəvi kokteyl yadına düşüb.

Qadın güman edir ki, möcüzəli təsirə malik olan içki onu o dünyadan qopara bilib.

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” nəşri yazıb.

Meqqi Ayvz ingilis təqaüdçü qadındır, pivəxana sahibidir. Öz ahıl yaşında o, böyrək və ürək-damar xəstəlikləri, habelə Parkinson xəstəliyindən əziyyət çəkir.

Bütün bunlara qadının yıxılması nəticındə çanaq sümüklərinin sınığı da əlavə olunub.

Bu travma təqaüdçü qadını 22 həftə xəstəxana çarpayısına düçar edib. Ağrılı sınıq Meqqinin xroniki xəstəliklərini kəskinləşdirib və o, həyatla vidalaşmağa hazır olub.

Qadının deməsinə görə, Vuster hospitalında ona damcı üsulu ilə yüzlərlə müxtəlif antibiotik yeritsələr də, heç nə kömək etməyib.

“Məndə qarabasmalar olub. Mən həyatımın son pilləsində olmuşam. Mənim qardaşım və bacım mənimlə vidalaşmaq üçün dəvət edilib”, – Meqqi danışıb.

Ayvzın vəziyyəti bir qədər sabitləşəndə, o, həyatının son günlərini yaşamaq üçün hospisə köçürülüb.

Qadın deyir ki, pansionatda özünə gələndə, hansı xəstəxanada olduğunu, orada nə qədər zaman keçirdiyini və hazırda harada olduğunu xatırlaya bilmir.

Hansısa məqamda Meqqi əvvəllər xəstələndiyi zaman qəbul etdiyi və ona sağlamlığını bərpa etməyə hər zaman kömək edən qədim “möcüzəli kokteyl” barədə xatırlayıb.

Qadın tibb personalından ona lazım olan inqridiyentləri- “Ginnes” pivəsi və təzə yumurtalar gətirməyi xahiş edib.

Möcüzəli təskil edən vasitə bu dəfə də öz sözünü deyib, bir neçə gündən sonra qadın özünü xeyli yaxşı hiss etməyə başlayıb.

Meqqi vurğulayıb ki, kokteyli hazırlayan zaman reseptə ciddi əməl etmək və mütənasibliyiə dəqiq riayət etmək lazımdır.

“Hər dəfə 78 yaşlı Ayvz özünü pis hiss edəndə o, yarım pint (568 ml) “Ginnes” pivəsinə iki çiy yumurta əlavə edib içir. Əgər tam pint “Ginnes” pivəsindən istifadə etsək, gərək yumurtanın sayını 3-ə çatdıraq”, – qəzet yazır.

“Siz hətta yumurtanın dadını hiss etməyəcəksiniz. Siz, sadəcə, onları pivə ilə qarışdırıb udacaqsınız. Mən bunu kifayət qədər çoxdan edirəm”, – Meqqi əmin edib və güman edib ki, çoxları onun bu möcüzəli vasitəsinə skeptik yanaşır.

Eyni zamanda qadın tibb personalının xidmətlərini azaltmır, lakin özünün sağalmağını çoxdan unudulan “möcüzəli” kokteyllə izah edir.

“Aydındır ki, buranın personalı heyrət doğurur. Lakin mən özümün bu içkimə tamamilə inanıram”, – Meqqi sözünə yekun vurub.

Mənbə

Share: