Azərbaycanda 539 nəfər Çin vətəndaşı var

“Çində koronavirus təhlükəsi ilə bağlı Azərbaycanla-Çin arasında aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb”.

Milletinsesi.az-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib k, Azərbaycanda olan Çin vətəndaşlarının martın 3-nə olan sayı 539 nəfərdir.

“Onlardan 69-u fevralın 1-dən sonra Azərbaycana gəlib. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etmələri mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır”, – deyə DMX rəisi vurğulayıb.

Share: