Bu ilin yanvar-oktyabr aylarında “Azərsu” ASC üzrə içməli sudan qanunsuz istifadə ilə bağlı 8 248 fakt aşkarlanıb.
Bu barədə “qurumdan bildirilib.
Məlumata görə, bunun 7 028-i Bakı, Sumqayıt və Abşeronda, digərləri isə bölgələrdə qeydə alınıb.
Həmin hallar üzrə 2 milyon 135 min kubmetr həcmində sərfiyyat müəyyən edilib.
Paytaxtda içməli sudan ən çox qanunsuz istifadə halı 1 643 olmaqla Binəqədi rayonunda qeydə alınıb. Bu faktlar üzrə 410 min kubmetr həcmində sərfiyyata görə vəsait bərpa olunub.