Almaniya Ukraynaya verdiyi texnikaları təmir edəcək 

Almaniya Ukraynaya təhvil verdiyi texnikalara xidmət göstərmək və təmir etmək üçün Slovakiyada texniki xidmət mərkəzi yaradacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrext bildirib.

 

“Biz razılığa gəldik və Kiyevə tədarük edilən bütün texnikaları döyüşdən çıxdıqdan sonra təmir etməyə başlayacağıq”, – nazir deyib.

 

Slovakiyanın müdafiə naziri Yaroslav Nad isə bildirib ki, təmir işləri yaxın bir neçə həftə ərzində başlayacaq və əsasən artilleriya qurğularına və zenit sistemlərinə diqqət yetiriləcək.

 

Lambrex, həmçinin qeyd edib ki, Berlin Avropa İttifaqının təlim missiyası çərçivəsində gələn ilin iyun ayına qədər Almaniyada təxminən 5000 Ukrayna əsgərinə təlim keçməyi planlaşdırır.

 

Akif İsmayılov 

Mənbə

Share: