Azərbaycanda dərman vasitələri ilə bağlı çatışmazlıq yoxdur.
Millətin Səsi.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Medinex” və “Beauty Azerbaijan” sərgisinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
T.Musayev bildirib ki, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur.
“Bilirsiniz ki, istehkakçılar dərmanlarda bəzi baza maddələr istifadə edirlər. Həmin maddələrin azalması səbəbindən də dərman istehsalı aşağı düşüb. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb. Hazırda həmin dərmanlar da ölkəyə gətirilir”.