İdxalı əvəzləyəcək qida məhsullarının istehsalçıları 7 il mənfəət vergisini güzəştlə ödəyəcək

Azərbaycanda idxalı əvəzləyəcək qida məhsullarının istehsalçıları olan hüquqi şəxslərin 7 il mənfəət vergisini 50 % güzəştlə ödəməsi nəzərdə tutulur.

 

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş idxal malları ilə əvəz edəcək qida məhsullarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 %-i müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə vergidən azad edilir.

Mənbə

Share: