Azərbaycanda koronavirusa yeni yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb,154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milletinsesi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib. Aktiv xəstə sayı 2058 nəfərdir.

Ötən müddət ərzində 980 min 978 test aparılıb. Bugünkü test sayı isə 7040-dır.

Share: