Azərbaycanda koronavirusa yoluxma: 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.

Rəsmi məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 792 nəfər müalicə olunaraq sağalıb, 10 095 nəfər vəfat edib, aktiv xəstə sayı 177 nəfərdir.
 

Ölkədə son sutka ərzində 1 485, hazırkı dövrədək isə 7 494 700 test aparılıb.

Mənbə

Share: