Azərbaycanda notariusların sayı artırılacaq

Gələcəkdə notariusların sayının artırılması planlaşdırılır.

Milletinsesi.az saytının Apa-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov deyib.

O deyib ki, ölkə ərazisində yeni “ASAN Xidmət”lərin açılması ilə əlaqədar əlavə notariusların açılmasına da ehtiyac yaranacaq: “Qanunvericiliyə əsasən, həmin “ASAN Xidmət”lərdə notariuslar da fəaliyyət göstərir. Hazırda ölkədə 156 notarius var”.

Share: