Azərbaycanın basketbol klubu 18 illik fasilədən sonra yenidən avrokuboklarda

 

Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu “Sabah” ölkəmizi  2023/2024 mövsümündə FIBA Avropa Kubokunda təmsil edəcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

FIBA Avropa Kubokunda püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.

Qeyd edək ki, ölkəmiz sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə “Qala” komandası ilə təmsil olunub.

Mənbə

Share: