Azərbaycanın dünyada nüfuzu yüksələn xəttlə artır

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda dünya liderlərinin və tanınmış siyasətçilərin bir araya gəlməsi Azərbaycanın beynəlxalq arenada liderlik mövqeyinin daha da möhkəmlənməsinin bariz nümunəsidir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev bildirib.

 

O qeyd edib ki, Bakı Forumu Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı səviyyəsində qəbul olunan mühüm beynəlxalq platformaya çevrilib.

 

“Bu tədbir bir daha onu göstərir ki, ölkəmizə qarşı aparılan bir sıra kampaniyalara baxmayaraq Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın dünyada nüfuzu və siyasi çəkisi hər il yüksələn xəttlə artır” – deputat vurğulayıb.

Mənbə

Share: