Azərbaycanın ilk səfiri İsraildə – “Bu, tarixi andır”

Azərbaycanın İsrailə təyin etdiyi ilk səfir Muxtar Məmmədov bu ölkənin Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz departamentinin direktoru Mihal Herşkovitz ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Herşkovitz özünün “Twitter” hesabında məlumat yayıb.

 

O, görüşü “tarixi” adlandırıb və səfiri İsraildə salamlamaqdan məmnun olduğunu bildirib.

 

“Bu səhər tarixi bir andır! Azərbaycanın ilk səfiri Muxtar Məmmədovu İsraildə salamlamaqdan məmnun oldum”, XİN rəsmisi qeyd edib.



Mənbə

Share: