“Azərbaycanla görüşdə uğursuz seriyanı bitirmək istəyirik”

Ötən il bizim üçün uğurlu keçmədi. Ümid edirəm ki, Azərbaycanla görüşdə uğursuz seriyanı qıra biləcəyik”

Qol.az xəbər verir ki bu fikirləri Lüksemburq Futbol Federasiyasının prezidenti Pol Filip yerli mətbuata müsahibəsində söyləyib. O, yığmamızla bu gün keçirəcəkləri matçın Lüksemburq millisi üçün çətin olacağını bildirib:

“10 aydır ki, rəsmi oyun keçirmirik. “Saarbrüken”lə yoxlama görüşündə yığmada problemlər görünürdü. Çünki hazır bir komanda ilə oynayırdıq. Həmin oyundan çox şey gözləmirdim. Bakıda diqqətli olmaq lazımdır. Hətta qarşılaşmanın texniki cəhətdən səviyyəcə 3 dəfə yüksək olacağını düşünürəm”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan  – Lüksemburq matçı saat 20:00-da start götürəcək.

Share: