Azərbaycanlı tələbə Türkiyədə itkin düşüb

 

Türkiyədə təhsil alan azərbaycanlı tələbə Fərid Möhsümov Samsun şəhərində itkin düşüb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə onun bacısı Fatimə Möhsümova sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 12 gündür qardaşından xəbər ala bilmədiklərini deyib:

“1992-ci il təvəllüdlü Möhsümov Fərid Sərraf oğlu Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs universitetinin Hemşirelik fakültəsinin birinci kurs tələbəsidir. Əgər sizin yaxınlarınız, tanışlarınız oradadırsa, bu barədə sorğu etməyinizi və paylaşmağınızı xahiş edirəm”.

Mənbə

Share: