“Azərbaycanlılarla görüşə qatılan ermənilərdən biri Rustam Muradovun dostu olub…”

“Dünən Rusiya sülhməramlılarının Qarabağdakı qərargahında Qarabağ və Azərbaycan nümayəndələrinin növbəti görüşü baş tutub. Əvvəlkilərdən fərqli olaraq, foto dünən də yayımlanıb”.

 

Moderator.az xəbər verir ki, bunu səhər saatıarında Ermənistanın “Hraparak” nəşri yazıb.

 

Daha sonra qəzet görüşdə erməni tərəfdən iştirak edənlər barədə yazır.

 

“Bizə məlum oldu ki, Artsax təhlükəsizlik şurasının katibi Samvel Şahramanyan və Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlıq mərkəzinin direktoru Sergey Martirosyan  Azərbaycanla danışıqlar aparan şəxslər təyin edilib. Sonuncu (S.Martirosyan-S.L.) Vitali Balasanyanın təhlükəsizlik şurasının katibi olduğu dövrdə  eyniadlı şöbəyə rəhbərlik edib və azərbaycanlılarla görüşlərdə həmişə Vito ilə birlikdə olub. Balasanyan işdən çıxarıldıqdan sonra strukturun optimallaşdırılması nəticəsində bu idarə ləğv edilib. Martirosyan yaxın münasibətdə olduğu sülhməramlı qüvvələrin keçmiş rəhbəri general Rustam Muradovun vasitəçiliyi ilə azərbaycanlılarla danışıqlarda iştirak edib. Bundan əvvəl onlar Rusiya ordusunda birlikdə xidmət ediblər. Bundan əlavə, Martirosyanın oğlu 44 günlük müharibədə itkin düşənlər siyahısındadır.

 

Sonuncu Rusiya sülhməramlıları ilə aparılan axtarış əməliyyatlarında fəal iştirak edib, bunun sayəsində onların münasibətləri daha da yaxınlaşıb. Qeyd edək ki, Qarabağ danışıqları aparanların dünənki görüşündə üçüncü şəxs də olub, lakin fotoda onun əlinin kiçik bir hissəsi görünür. Qarabağdakı mənbələr görüşdə Kaşeni mədəninin sahibinin də iştirak etdiyini istisna etmirlər”.

 

Xatırladaq ki,ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası “sülhməramlı” kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasları davam etdiriləcək.

 

Sultan Laçın

Mənbə

Share: