Azay Quliyev seçicilərilə görüş keçirib

Azay Quliyev seçicilərilə görüş keçirib. 

 

Bu gün deputat Azay Quliyev 7-ci mikrorayonda Kunanbayev küçəsi 5a/15, 5b/15, 5/13,  9, 9a, 9/25, 18a, 24, 28, 60/30, 62, 64/11 saylı binaların həyətində seçicilərlə görüş keçirib. 

Seçicilər binaların təmiri, su və kanalizasiya sistemində mövcud  çatışmazlıqları, həyətlərin abadlaşdırılması, məşğulluq, əfv və digər məsələləri deputatın diqqətinə çatdırıblar. Görüşdə mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələrinin iştirakı ilə seçicilərin qaldırdığı məsələlərin bəzilərinin həlli ilə bağlı konkret qərarlar qəbul edilib.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov iştirak edib.

Mənbə

Share: