BƏƏ-də koronavirusa yoluxanların sayı səkkizə çatıb

Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı səkkizə çatıb.

“Emirates” informasiya agentliyi xəbər verib ki, Əmirliklərin Səhiyyə Nazirliyinin məlumatında daha bir çinlidə bu xəstəlik aşkar edilib. Qeyd olunub ki, hazırda bir nəfər istisna olmaqla, qalan yeddi xəstənin vəziyyəti sabitdir.

Nazirliyin məlumatında bildirilib ki, koronavirusa yoluxan 72 yaşı çinli qadın isə müalicə olunaraq evə buraxılıb. BƏƏ Səhiyyə Nazirliyinin rəsmisi xəstəxanadan buraxılan bu qadınla görüşüb.

Hazırda BƏƏ-nin bütün aeroportlarında koronavirusa qarşı nəzarət tədbirlər gücləndirilib. Əmirliklərin vətəndaşları arasında bu xəstəliyə yoluxma halları qeydə alınmayıb.

Share: