“Bəlkə də ruslar indiyədək Baxmut və Soledar ətrafında 20 minədək hərbçi itiriblər…”-Müşavir

“Rusiya ordusunun bu istiqamətdə hansı itkilər verdiyini dəqiq söyləmək mümkün deyil. Ancaq bu, min və ya iki min deyil – Baxmut və Soledara hücum başlanmış bütün vaxt üçün  bəlkə də 10, 15 və ya hətta 20 mindir. Ruslar orada itkiləri nəzərə almırlar”.  

 

Moderator.az xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak  “Kanal 24”-ə müsahibəsində belə deyib.

 

Müşavirin sözlərinə görə, ruslar əllərində olan, demək olar ki, hər şeyi, o cümlədən müqaviləli ordunun qalıqlarını – xüsusi təyinatlıları və desant qüvvələrini Soledara atıblar.

 

Podolyak iddia edir ki, Ukraynanın bu şəhərinin işğalı Rusiya Federasiyası üçün müharibədə dönüş nöqtəsi olmayacaq.

 

“Orada baş verənlərə görə təəssüfləndiyim yeganə şey, 17 dərəcə şaxtada gecə-gündüz əllərində avtomat, pulemyot saxlamalı olan uşaqlarımızın sayıdır. Çətindir. Biz özümüzünküləri itiririk”, –  deyə Podolyak bildirib.

 

Müşavirin yanvarın 12-də axşam saatları üçün verdiyi məlumata görə,  Baxmut və Soledar şəhərləri Ukraynanın nəzarəti altındadır, genişmiqyaslı və ağır döyüşlər davam edir…

 

Bu məlumatı gecə saatlarında Prezident V.Zelenski də xalqa müraciətində təsdiqləyib…

 

Sultan Laçın

Mənbə

Share: