Bəluclar yenidən küçələrə axışdılar – VİDEO

İranın Zahidan şəhərində etnik bəluclar həmişəki kimi cümə namazından sonra etiraz aksiyası keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, etirazçılar “İranlı, birlik, inqilab, azadlıq” kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, bəluclar aylardır ki, cümə günləri rejimə qarşı etiraz aksiyaları keçirirlər.

Mənbə

Share: