Bərdədə 37 yaşlı kişini arı sancıb.
Qafqazinfo xəbər verir ki, rayonun Gərənə kənd sakini, 1983-cü il təvəllüdlü Həmidov Xəyyam Akif oğlu hadisədən sonra yaxınları tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.