Bu ərazidə 3 gün su olmayacaq? – Açıqlama

Şirvan şəhərində yaxın 3 gün ərzində içməli suyun verilməsinin dayandırılacağı haqda deyilənlər həqiqəti əks etdirmir.

Bu barədə Milletinsesi.az-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Şirvan şəhəri Kür Sutəmizləyici Qurğularından su alır:

“Burada içməli suyun 3 gün verilməməsi qeyri-mümkündür”.

Qeyd edək ki, sosial şəbəkədə Şirvan şəhərində içməli suyun verilməsində problem yaşandığı, 3 gün su verilməyəcəyi haqda məlumat yayılıb.

 

Share: