Qvardiola onun gedişini təsdiqlədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda David Sailvanın komandadan ayrılacağını təsdiqləyib.

Qol.az xəbər verir ki, ispaniyalı mütəxəssis “goal.com”a açıqlamasında həmyerlisinin gedişinə təəssüfləndiyini bildirib:

“Təəssüf ki, David mövsümün sonunda komandamızı tərk edəcək. Oyunlamızın azarkeşsiz keçirildiyi üçün üzülürəm. Amma klubun Davidin azarkeşlərlə vidalaşmağını təşkil edəcəyinə ümid edirəm. O, buna layiqdir”.

Qeyd edək ki, David Silva 2010-cu ilin yayından “Mançster Siti”də oynayır. O, bu müddətdə “şəhərlilər”in heyətində 424 oyuna 74 qol vurub, 137 qol ötürməsi verib.

Əlavə edək ki, David Silvanın ABŞ-ın “İnter Mayami” klubuna keçəcəyi gözlənilir.

Share: