Bərdədə YANĞIN: 3 nəfər zəhərləndi

Bərdə rayonunun Alaçadırlı kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 1,5 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: