Bərdədə yeni yaşıllıq zolaqları salınır

Bərdə rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

 

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “Tədbirlər Planı”nda nəzərdə tutulan müvafiq tapşırıqların icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən 2024-cü ilin yaz ağacəkmə mövsümündə tədbirlərə start verilib. Belə ki, 2024-cü ilin yaz mövsümündə Bərdə şəhərinin müxtəlif ərazilərində, küçə və prospektlərində ümumilikdə ümumi sahəsi 2.5 hektar ərazidə 300 ədəd kıbrız akasiyası, 1000 ədəd eldar şamı və 8800 ədəd qızıl gül kolları əkilib.

 

Rayonda bu yöndə tədbirlər davam edir.

Mənbə

Share: