Bəzi ərazilərdə işıq olmayacaq

Bəzi qəsəbələrə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Milletinsesi.az-a bildirilib ki, tikilməkdə olan 330 kilovoltluq “Qobu” elektrik stansiyasına böyükhəcmli yüklərin gətirilməsi ilə əlaqədar Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə daxil olan “28 May” və Nübar qəsəbələrində saat 13:00-dan etibarən gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Share: