Bakı qeydiyyatda olanlara “77” serialı nömrələr verilir

Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

Şöbə rəisi bildirib ki, ötən gündən etibarən paytaxt qeydiyyatında olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb.

Share: