Bakı-Tiflis-Qars dəmir yolu layihələndirilərkən sərnişin daşınmalarının həyata keçirilməsi planlaşdırlırdı və yol buna uyğun inşa olunmuşdu.
Millətin Səsi.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında BTQ xətti ilə sərnişin daşınması ilə bağlı hər hansı bir plan yoxdur.


