Bakı və Samux sakinləri itkin düşdü

Bakı və Samux sakinləri itkin düşdü

Bakı və Samux sakinləri itkin düşüb.

 

Modern.az-ın xəbərinə görə, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda 15 yaşlı Səbinə Abuşova iyulun 20-də gecə saatlarında evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

 

Bundan başqa, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Nəbiyeva Həzrətfatma Camal qızı iyulun 16-sı saat 07:00 radələrində Mingəçevir şəhərinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Mənbə

Share: