“Bakı xəbər” və “Şərq”  qəzetlərinin baş redaktorları Aydın Quliyevə və Akif Aşırlıya tələbə təşəkkürü…

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin I kurs tələbələri “Bakı xəbər” və “Şərq” qəzetlərinin baş redaktorları Aydın Quliyev və Akif Aşırlıya təşəkkür məktubu ünvanlayıb. 100 tələbə adından Moderator.az-a daxil olan məktubu oxucuların diqqətinə çatdırırıq:

 

“Çox hörmətli Aydın müəllim və çox hörmətli Akif müəllim!

 

Biz  Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin I kurs tələbələriyik. Bizim fakültədə fəaliyyət göstərən  Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının əsas fənnlərindən biri olan “İnformasiya janrları” dərsində hər dəfə müəllimimiz Cahangir Məmmədli və Esmira xanım auditoriyamıza” Bakı xəbər” və “Şərq” qəzetlərinin gündəlik nömrələri ilə daxil olur və xəbər yaradıcılığının praktik istiqamətlərini əyani şəkildə öyrənmək üçün bu qəzetləri nümunə kimi partalarmızın üstünə düzürlər. Çünki bu qəzetlər xəbər qəzetləridir və biz onların səhifələrindən günün ən yenu və ən aktual xəbərləri ilə tanış oluruq.

 

 

Çox hörmətli Aydın müəllim və çox hörmətli Akif müəllim! Tələbələrimizin bir çoxu aparıcı mətbuat orqanlarını kiosklardan əldə edir. Lakin müəllimlərimiz hər dəfə bizim auditoriyaya  ”Bakı xəbər” və “Şərq” qəzetlərinnin çoxsaylı nüxsələri ilə daxil olduğu anlarda sizin bu qaygınızdan  çox duygulanırıq. Biz özümüz də çox vaxt şahidi oluruq ki, Cahangir müəllim hər səhər universitetin həyətinə daxil olanda əsas qapıda dayanan əməkdaşlardan  bu qəzetləri minnətdarlıq təbəssümləri ilə alıb auditoriyaya gətirir. Sizin jurnalistika fakültəsinə bu diqqətinizi biz tələbələrə – sabahın jurnalistlərinə qayğınız kimi qəbul edirik. Bilin ki, biz xəbəri necə yazmağı, aktual mövzuları necə tapmağı, prioritet xəbəri necə təqdim etməyi həm də sizin qəzetlərinizdən öyrənməkdəyik. Xahiş edirik ki, bizim bununla bağlı  Sizə olan sonsuz təşəkkürümüzü  bütövlükdə redaksiya kollektivinə çatdırasınız”.

 

Dərin hörmətlə :  BDU Jurnalistika fakültəsinin I kurs tələbələri

                                      

Mənbə

Share: