Bakıda avtomobildən pul və qızıl-zinət əşyaları oğurlandı

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə rayon ərazisində avtomobillərdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində K.Nəsrullayevə məxsus avtomobildən 1140 manat pul və müxtəlif qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.

Share: