Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisində “Fiat” markalı avtomobildən içərisində 5500 manat və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: