Bakıda axtarışda olan şəxs silahla saxlanıldı

Bakıda daha bir keçmiş məhkum silahla yaxalanıb.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mikayılovdan “TT” markalı tapança, patron sandığı, 3 ədəd patron götürülüb.

Aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Share: