Bakıda evdən 20 min manatlıq qızıl oğurlandı

Bakıda evdən 20 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.

Araşdırma aparılır.

 

Share: