![Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını dişlədi](https://milletinsesi.az/wp-content/uploads/;http://axsam.az/img/pics/large/2019-05/177504_9usxky5cfe.jpg)
Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.
Milletinsesi.az ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.
Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.