Bakıda piyada avtomobillə vurulub

Binəqədi rayonunun Azadlıq prospektində piyadanın ölümü ilə nəticələnən qəza ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Azadlıq prospektində naməlum sürücü idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 35 yaşlı kişini vurub eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini C.Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobilin qarşısına atıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Share: