Bakıda postlar yenidən quruldu

Bakıda mobil postlar qurulub.

“Millətin Səsi .az” Trend-ə istinadən xəbər verir ki, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Postlardan dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır.

Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarət şənbə və bazar günləri də olacağı bildirilir.

 

Share: