Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü davam edir

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü davam edir.

Axşam saatları olmasına baxmayaraq, Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşü işini plenar sessiyalarla davam etdirir.

 

Bu, onu Azərbaycan tərəfindən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və Zirvə görüşünə marağın yüksək olduğunu göstərir.

Müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılır.

Qeyd edək ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin – Kuba, Qabon, Tanzaniyanın Vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri – Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Mənbə

Share: