Bakıda saxlanılan şəxsin evindən 5 kq narkotik tapıldı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Məlikov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 177 qramdan artıq heroin, 154 qramdan artıq metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqramdan artıq heroin, 820 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Share: